GERİ

Sloveniyanın nümayəndə heyəti “INNOLAND” və “Bilim Bakı”da

14 Aprel, 2023

Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Sloveniya Texnoparkının nümayəndələri  "ASAN xidmət" mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və mərkəzlərin fəaliyyəti, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar sahəsində  fəaliyyət, bu istiqamətdə bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən layihə və tədbirlər barədə danışılıb. Həmçinin “ABAD”ın fəaliyyəti barədə yerində məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına, 2023-cü ildə isə “ASAN xidmət”in “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilməsi və xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Digər xəbərlər