GERİ

“İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı ilə “AWITA 2023” İT-də ən uğurlu qadınları seçdi

17 May, 2023

12 may 2023-cü il tarixində Ritz-Carlton otelində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Femmes digitales” İctimai Birliyinin “Azərbaycan Qadınları İT-də Mükafatlandırılması 2023 (AWITA)” tədbiri reallaşdırılıb. 
Tədbirin məqsədi ölkənin rəqəmsal iqtisadiyyatında gender bərabərliyini təşviq etmək, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdə qadınların rolunu tanıtmaq, təcrübə mübadiləsi və İT mütəxəssislərini bir araya gətirmək üçün platforma yaratmaq olub.

Tədbirdə İT sənayesinin 400-dən çox aparıcı nümayəndəsi, ictimai və dövlət xadimləri, aparıcı universitetlərin rəhbərləri, tələbələr, məktəb direktorları, eləcə də müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tədbirdə AWITA 2023 müsabiqəsində iştirak üçün respublikanın bütün regionlarından müraciət etmiş  200-dən çox namizəd arasından 33 nəfərlik münsiflər heyəti 12 nəfər seçilərək mükafatlandırılıb.

"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir, həmçinin  gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.

Digər xəbərlər