GERİ

Aparıcı data mühəndisi axtarırıq!

24 Mart, 2023

Vəzifə öhdəlikləri
🟦 Müxtəlif mənbələrdən gələn böyük həcmli datanın idarəolunması;
🟦 Data Warehouse, Data Mart, Data Lake-lərin formalaşdırılması və OLAP sistemin qurulması və idarə edilməsi;
🟦 Kompleks SQL sorğuların yazılması və onların optimallaşdırılması;
🟦 SSRS və Superset üzərində olan hesabatların formalaşdırılması və onların inkişaf etdirilməsi;
🟦 Məlumatlar Anbarının formalaşdırılması zamanı modellərin seçilməsi, qurulması və idarə edilməsi;
🟦 ETL (Məlumatların Çıxarılması, Transformasiyası və Toplanılması) prosedurunun hazırlanması və sadələşdirilməsi;
🟦 Məlumatlar Anbarının işləkliyi və effektivliyinə, həmçinin ETL prosedurların keyfiyyətinə və davamlılığına nəzarət etmək və bununla bağlı şöbə müdirinə hesabat vermək;
🟦 İnternetdən və API-lardan məlumatların çəkilməsi üçün proqramların yazılması və alətlərdən istifadə;
🟦 NoSQL model əsaslı verilənlər bazaları (MongoDB, Redis, Cassandra və s.) ilə tanışlıq;
🟦 Etibarlı, miqyaslana bilən data-intensiv sistemləri dizayn və tətbiq etmək;
🟦 Əsas Big Data texnologiyaları və alətlərindən (Hadoop, Hive, Spark və s.) istifadə;
🟦 Açıq qaynaqlı ( Open Source) həllərlə işləmək;
🟦 Struktursuz verilənlərin səmərəli şəkildə saxlanma və emalının təmin edilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə
🟪 PostgreSQL, MSSQL, Oracle SQL dilləri ilə işləmə bacarığı;
🟪 Python, Java, Scala və ya digər proqramlaşdırma dillərindən biri ilə işləmə
bacarığı;
🟪 SSIS, Oracle Data Integrator, Pentaho DI və ya digər ETL (Extract,
Transform, Load) alətləri ilə işləmə bacarığı;
🟪 Data pipeline orchestration və workflow management alətləri ilə (Apache Airflow)
işləmə bacarığı;
🟪 Apache Superset, SSRS, Oracle BI Publisher və ya digər vizualizasiya alətləri ilə
işləmə bacarığı;
🟪 NoSQL bazaları (MongoDB, Cassandra) və MPP sistemləri (GreenPlum) üzrə
biliklər;
🟪 Cloud texnologiyaları ilə AWS, Azure, GCP və cloud data mühəndisliyi alətləri
(AWS Glue, Azure Data Factory, Google Cloud Dataflow) ilə tanışlıq;
🟪 Data streaming and processing texnologiyaları üzrə biliklər;
🟪 Hadoop və Big Data texnologiyaları üzrə biliklər;
🟪 Data replikasiyaların həyata keçirilməsi üzrə biliklər;
🟪 Data Quality, Data Governance və Data Security həllərinin tətbiqi üzrə biliklər;
🟪 Version Control sistemləri (Git) ilə işləmə bacarığı;
🟪 Stressə davamlı, yüksək ünsiyyət və komandada işləmək bacarığına sahib
olmalı;
🟪 Minimum 2 il iş təcrübəsi;
🟪 Məsuliyyətli olmalı və detallara diqqət etməli;

İş şəraiti:
🕒 5 günlük iş qrafiki
💸 Əmək haqqı namizədə görə müəyyən ediləcək.

📧 Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15.06.2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “aparıcı data mühəndisi” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

Digər xəbərlər