GERİ

Aparıcı hüquqşünas vəzifəsi üzrə vakansiya elan edirik

1 Avqust, 2023

Vəzifə öhdəlikləri:
🟦 Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə nəzarət edilməsi;
🟦 Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
🟦 Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
🟦 Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
🟦 Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
🟦 Protokolların hazırlanması;
🟦 Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
🟦 Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
🟦 Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
🟦 Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
🟦 Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
🟦 İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
🟦 Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:
🟦 Hüquq sahəsində Ali təhsil;
🟦 Hüquq sahəsində 2 il iş staj;
🟦 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
🟦 Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
🟦 Qərarvermə və detallara diqqət etmək qabiliyyəti;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 6 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.  
 

Digər xəbərlər