24 Oktyabr, 2023
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Kapital Bank” arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi baş tutub.
Sənədi “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Kapital Bank”ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov imzalayıblar.
Memorandum çərçivəsində “ASAN xidmət” mərkəzlərində zəruri inteqrasiyalardan sonra “Birbank” rəqəmsal bankı ilə onlayn növbə almaq və rüsumların ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq.
Mərasimdən sonra “Kapital Bank”ın nümayəndə heyəti “ASAN xidmət mərkəzi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi , ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” Mərkəzi, eləcə də “iLAB” innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar.