GERİ

“İnnovasiyalar Mərkəzi” “CİDC 2023” kiberfestivalının tərəfdaşı olub

27 Oktyabr, 2023

“İnnovasiyalar Mərkəzi” “CİDC 2023” kiberfestivalının tərəfdaşı olub

26-27 oktyabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “CİDC 2023” festivalı keçirilib.

Tədbirdə kiber sahə üzrə yerli və xarici şirkətlərin nümayəndələri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar, tələbə və ekspertlər iştirak ediblər.
2 gün davam edən tədbir zamanı informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlər keçirilib.Həmçinin Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin İT üzrə 3-5 nəfər tərkibdə 20 komandası yarışıb və nəticədə qalib olan komandaya 30.000 manat pul mükafatı təqdim olunub.

Kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.

"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir, həmçinin  gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.“İnnovasiyalar Mərkəzi” “CİDC 2023” kiberfestivalının tərəfdaşı olub*

26-27 oktyabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “CİDC 2023” festivalı keçirilib.

Tədbirdə kiber sahə üzrə yerli və xarici şirkətlərin nümayəndələri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar, tələbə və ekspertlər iştirak ediblər.


2 gün davam edən tədbir zamanı informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlər keçirilib.Həmçinin Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin İT üzrə 3-5 nəfər tərkibdə 20 komandası yarışıb və nəticədə qalib olan komandaya 30.000 manat pul mükafatı təqdim olunub.

Kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.

"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir, həmçinin  gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.

Digər xəbərlər