GERİ

8 Noyabr - Zəfər Gününə həsr olunan “Hər fidan bir xatirə” tədbir baş tutub.

4 Noyabr, 2023

"ASAN Xidmət"in YAŞAT Fondunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ağacəkmə aksiyası reallaşdırılıb.

8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir “Hər fidan bir xatirə” devizi altında baş tutub.

Aksiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, “ASAN xidmət”in şəhid ailə üzvləri və müharibə iştirakçıları olan əməkdaşları, eyni zamanda ASAN könüllüləri qoşulublar. 

Sosial təşəbbüs çərçivəsində Müşfiqabad qəsəbəsində 1000 ədəd şam və zeytun ağacı əkilib.

Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.
Tərəfdaşlar: İnnovasiyalar Mərkəzi, Bilim Bakı mərkəzi, ASAN Könüllüləri 
Media dəstəyi: ASAN Radio

Digər xəbərlər