GERİ

"INNOLAND"in Şəkidə fəaliyyətə başlayacaq yeni mərkəzində İnkubasiya proqramının ilkin seçimləri

26 İyun, 2019

“INNOLAND”in Şəkidə fəaliyyətə başlayacaq yeni mərkəzində 1-ci inkubasiya proqramına seçim turları başlayır. Seçimlərdən uğurla keçən iştirakçılar 1 həftə ərzində təlim və yarışlarda iştirak edəcəklər. Proqram 22-26 iyul tarixlərində keçiriləcək. 

Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində  keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Tədbirin ümumi planı:

1ci gün: Ümumi təlim

●         Startap nədir?

●         Startap ideyasını necə formalaşdırmaq olar?

●         Bazar araşdırması

●         Startapın yaratdığı dəyər

 

2-ci gün: Ümumi təlim

●         Biznes model strukturu: biznes modeli, biznes plan

●         “Lean” metodologiyası

●         Təqdimat

 

3-cü gün: “Hackathon” və spikerlərin çıxışı

●         “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.

●         “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.

 

4-cü gün: Komanda işi və mentorluq

 

●         Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.

 

5-ci gün: Komanda işi, final günü təqdimatı, qalibin elan edilməsi

 

●         Günün 1-ci yarısı: komanda işi davam edəcək.

●         Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.

Sonda qalib komandalar "INNOLAND"in Şəki filialında 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar! Bununla yanaşı qalib komandalara dəyərli hədiyyələr təqdim ediləcək!

Seçim kriteriyaları:

  1. İştirakçılar 18 yaşdan yuxarı olmalı
  2. Başlanğıc səviyyəsində ingilis dili biliklərinə sahib olmalı

Qeydiyyat forumu: http://bit.ly/2MWFSQX

Digər xəbərlər