HAQQIMIZDA

HAQQIMIZDA

“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir.

“İnnovasiyalar Mərkəzi” sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.

“İnnovasiyalar Mərkəzi”-nin fəaliyyət istiqamətləri genişdir. Təşkilatlarda informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, innovativ həllərin tətbiqi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin məqsədlərindəndir.

“İnnovasiyalar Mərkəzi” dövlət orqanları və biznes sektorundakı müəssisələrlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaqdır. Mərkəz innovativ ideyaların hazırlanması və tətbiqi ilə bağlı işlərin görülməsi üçün texniki imkanlara və mütəxəssis kadrlara malikdir.

Mərkəzin xidmət və məhsulları ilə BURADAN tanış ola bilərsiniz:

 

  • Missiyamız

İnnovativ həllərin tətbiqi, eləcə də təlim və kurslarla Respublika ərazisində işgüzar marifləndirməni həyata keçirərək dövlət və özəl qurumların inkişafına yardımçı olmaqla ölkə iqtisadiyyatına dəstək vermək.

 

  • Baxış

Müştəri məmnuniyyətini daim nəzərə alaraq yenilik və inkişafın vacibliyini mənimsəyib, dünya və Azərbaycanda baş verən yeniliklərlə ayaqlaşaraq, innovative həllərin tətbiqi ilə dövlət və özəl qurumlara faydalı olmaqla yanaşı ölkəmizin və cəmiyyətimizin inkişafı üçün faydalı olmaq