Elektron növbə sistemi

“İnnovasiyalar Mərkəzi” MMC vətəndaş məmnunluğunun təmin olunması, ziyarətçi axınının avtomatik paylaşılması məqsədilə dövlət və özəl qurumlarda elektron növbə sisteminin yaradılmasını həyata keçirir.
Elektron növbə terminalları müəssisənin daha surətli, şəffaf işləməsinə, müəssisənin xərclərinə qənaət edilməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına, müştərilərlə xidmət prosesinin sadələşdirilməsinə, müəssisəinin fəaliyyətində operativliyin, şəffaflığın və məsuliyyətin daha da artırmasına imkan yaradır.
Həmçinin təklif olunan Elektron növbə sistemində distant olaraq sıra növbəsi götürmək və növbə barədə sms-lə məlumatın ötürülməsi də daxildir.

Elektron növbə sisteminin üstünlükləri:

– Növbə gözləyən vətəndaşlarınn sayına nəzarət etmək imkanı;
– Vətəndaşın bütün müraciətlərini seçmək (filtrləmək) və bu şəxslə bağlı hesabatları əldə etmək;
– Xidmət səviyəsinin ölçülməsi məqsədi ilə xidmət göstərən əməkdaşların göstərdiyi xidmətlər barəsində məlumat əldə etmək (çağırış müddəti, operatorla iş müddəti);
– Müraciətlərin sayının və onların nəticələri sayının statistikasını müəyyən etmək (günlük, müxtəlif günlərin cəmi üzrə, aylıq, rüblük və illik intervallarla);
– Müştərinin xidmət mərkəzinə gəlmədən online sıra növbəsi götürmək və növbə barədə sms-lə məlumat daxil etmə imkanı;
– Növbə müddətində, gün ərzində və seçilmiş tarixlər üzrə operator tərəfindən verilmiş fasiləni müəyyən etmək

Elektron növbə sistemini quraşdırmaqla mərkəzdə göstərilən xidmətə təlabatı, göstərilən xidmətin keyfiyyəti və müddəti barədə dəqiq məlumatlar əldə etmək olar. Beləki, elektron növbə sistemi ilə aşağıdakı məlumatları əldə etmək mümkündür:

1. Çağırış müddəti — vətəndaşın növbə tutduğu andan xidməti pəncərəyə yaxınlaşdığı anadək olan müddət
2. Operatorla iş müddəti — dövlət qulluqçusu ilə təmasda olduğu müddət
3. Ümumi emal müddəti — çağırış müddəti ilə operatorla iş müddətinin cəmi