İT Xidmətlər

 

Bu gün İKT dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir.

İKT-nin inkişafı, yüksək keyfiyyətli məhsul üçün müasir texnoloji avadanlıqlardan istifadə hər bir dövlət qurumu və özəl şirkət rəhbəri üçün prioritet məsələlərdəndir.

Bütün bunları nəzərə alaraq “İnnovasiyalar Mərkəzi” özəl və dövlət sektoru daxil olmaqla, istənilən sənayə, maliyyə, elm, təhsil və digər xidmətlər sahəsində İT infrastrukturunun kompleks şəkildə qurulmasını və əlavə İT xidmətlərinin göstərilməsini təklif edir.

Bizim xidmətlərimiz:

Proqramlaşdırma,

Elektron Növbə Sisteminin yaradılması,

İT infrastrukturun qurulması,

Texniki dəstək,

Digə İT xidmətlər