Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

nic - Copy

09 Okt Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

«Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməlidir.

Əgər Siz vaxt çatışmazlığı səbəbəilə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilmirsinizsə, əlavə ödəniş aparılmaqla iş və ya yaşayış yerini, habelə olduğunuz yeri tərk etmədən yeni ümumvətəndaş pasportu əldə bilər eləcə də ehtiyac yarandığı təqdirdə pasportunuzu dəyişdirə bilərsiniz.

Vaxtınız olmasa da, pasportunuz olsun!

Ətraflı məlumat üçün: 9-108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün zəruri sənədlərin siyahısını BURADAN oxuya bilərsiniz:

nic

 

No Comments

Post A Comment