Ümumi məlumat

“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir.

“İnnovasiyalar Mərkəzi” sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.

“İnnovasiyalar Mərkəzi”-nin fəaliyyət istiqamətləri genişdir. Təşkilatlarda informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, innovativ həllərin tətbiqi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

“İnnovasiyalar Mərkəzi” dövlət orqanları və biznes sektorundakı müəssisələrlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaqdır. Mərkəz innovativ ideyaların hazırlanması və tətbiqi ilə bağlı işlərin görülməsi üçün texniki imkanlara və mütəxəssis kadrlara malikdir.

Mərkəzin xidmət və məhsulları ilə BURADAN tanış ola bilərsiniz:

 

  • Baxış

Ölkə üzrə dövlət və özəl qurumlara innovativ həllərin tətbiqi ilə yenilikçi dəyişimi təmin edən qabaqcıl strateji tərəfdaşa çevrilmək

 

  • Missiya

Müştəri məmnuniyyətində  yenilik və inkişafın vacibliyini nəzərə alaraq, innovativ həllərin tətbiqi ilə, həmçinin təlim və kurslarla işgüzar maarifləndirməni həyata keçirirək dövlət və özəl sektorun inkişafına yardımçı olmaqla Respublika ərazisində davamlı sosial-iqtisadı rifahı dəstəkləmək/yüksəltmək