WSA haqqında

Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) yüksək sosial təsirə malik olan dünyanın ən yaxşı yerli dijital innovasiyalarının seçimini və tanıtımını həyata keçirən vahid mükafatlandırma sistemidir. Davamlı beynəlxalq tədbirləri və start-uplar, sosial sahibkarlar, mentorlar, münsiflər,natiqlər, ekspertlər, dövlət rəsmiləri, akademiya və vətəndaş cəmiyyətindən ibarət olan qlobal bir şəbəkənin fəaliyyətini özündə birləşdirən WSA İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) cəmiyyət üzərindəki təsirini ən son innovativ yanaşma ilə dəyərləndirən beynəlxaq bir platformadır.

MƏQSƏDLƏR
icons_un_winners_roll

VAHİD MÜKAFATLANDIRMA SİSTEMİ

Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) yüksək sosial təsirə malik olan dünyanın ən yaxşı rəqəmsal innovasiyalarının – (website-lar, mobil tətbiqlər və interaktiv qurğular) seçimini və qlobal tanıtımını həyata keçirən demokratik mükafatlandırma sistemidir.

icons_un_network_roll

QLOBAL ŞƏBƏKƏ

WSA qlobal bilik mübadiləsini təmin etmək məqsədilə start-up,mentorlar, sahibkarlar, münsiflər hökumət nümayəndələri, İKT mütəxəssisləri və beynəlxalq təşkilatlardan iabrət bir qlobal şəbəkədən istifadə etmək imkanı yaradır.

icons_un_uno_roll

BMT MODELİ

WSA 2003-cü ildə Avstriyada Birləşmiş Millətlər Təşkilatının (BMT) İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti (WSIS) çərçivəsində başlanmışdır. “WSA” cəmiyyət üzərində yüksək təsirə malik  olan lokal rəqəmsal məzmunları üzə çıxararaq, innovativ tətbiqlərin zənginliyini və müxtəlifliyini göstərərək  informasiya cəmiyyətinin inkişafı üçün BMT-nin Davamlı İnkişaf Məqsədlərini dəstəkləyir.

icons_un_innovation_roll

İNNOVASİYA

 Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) cəmiyyət üzərində yüksək sosial təsirə malik olan dünyanın ən yaxşı rəqəmsal həlllərinin tanıtımını qlobal səviyyədə hayata keçirməklə gənc sahibkarlığı və dijital kreativliyi həvəsləndirir.

icons_un_contries_roll

178 ÖLKƏ

WSA bugünkü informasiya cəmiyyətinin daha əhatəedici olması üçün mühüm əhəmiyyət daşıyan lokal məzmunların yaradıcıları kimi hərkəsi dəyərləndirən  qlobal bir şəbəkədir. Bu günə qədər 178-dən çox ölkənin ideya liderlərindən, innovatorlarından, sahibkarlarından, dövlət və biznes nümayəndələrindən və gənc qurucularından ibarət olan və gündən-günə böyüyən bir şəbəkə WSA-də aktiv şəkildə iştirak etmişdir.

icons_un_events_roll

REGİONAL TƏDBİRLƏR

Hər il 15+ yerli, regional və qlobal tədbirlər, seminarlar və görüşlər keçirməklə Beynəlxalq Mükafatlandırma Sammiti bir çox səviyyədə bilik mübadiləsi üçün üzbəüz paltormalar təklif edir.