İnnovasiya ve startap ekosistemin inkişafına dəstək verilməsi
Maarifləndirmə və kadr hazırlığı sahəsində təlimlərin təşkili
İnnovativ layihə və tədbirlərin həyata keçirilməsi
"ASAN xidmət" modelinin ixracı ilə bağlı 22-ci memorandum imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Məqsəd Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yerində tanış olmaq, eləcə də “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlıq sənədinin imzalanmasıdır.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Ülvi Mehdiyev 2023-cü ilin avqust ayında Efiopiyaya səfərini məmnunluqla xatırladıb, dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.
Temesgen Tiruneh əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” konsepsiyası ilə tanışlığının onda xoş təəssürat yaratdığını bildirib, eyni zamanda Dövlət Agentliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandum ölkəmizin “ASAN xidmət” konsepsiya əsasında Efiopiyada dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılması, müvafiq istiqamətdə təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, Bilim Bakı və INNOLAND ilə də tanış olub.
Ümumilikdə səfər çərçivəsində qonaqların azərbaycanlı dövlət rəsmiləri ilə bir sıra işgüzar görüşlərinin, tanışlıq səfərlərinin və digər tədbirlərin təşkili planlaşdırılır.
Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi"nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Baş sponsor: “Azərkontrakt” ASC
Media dəstək: “ASAN TV” və “ASAN Radio”
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən “Yeni üfüqlər, böyük fürsətlər” tədbiri keçirilib.
Mərkəzin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbirində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Cümhuriyyətinin Bilişim Vadisinin direktoru Erkam Tüzgen, layihənin mentorları, startap komandaları, müxtəlif dövlət, özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülmüş işlərə, hazırkı gedişata dair təqdimat edilib. Sonra startap layihələrinin tanıdılması, investorların cəlb edilməsi məqsədilə ASAN TV vasitəsilə yayımlanacaq verilişə dair videoçarx, eyni zamanda "Bilişim Vadisi" ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatı nümayiş olunub.
İlkin mərhələdə inkubasiya proqramı üçün qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib.
Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda müvafiq olaraq mükafatlandırılıb.
“ASAN xidmət” “VFS Global iConnect 2024” tədbirində
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən “VFS Global iConnect 2024” tədbirində iştirak edib.
“iConnect” viza, pasport xidmətləri və sərhəd nəzarəti sektorunda fikir mübadiləsi aparmaq, yeni tendensiyaları müzakirə etmək üçün nəzərdə tutulur. Sözügedən unikal platformada dünyanın bir çox yerindən özəl sektor və hökumət rəsmiləri bir araya gəlirlər
“VFS Global” şirkətinin təşkilatçılığı ilə baş tutan forumun builki mövzusu innovasiyalar vasitəsilə sərhədlərarası mobilliyin artırılması, rəqəmsallaşmanın və inkişaf edən texnologiyaların təhlükəsiz və kəsintisiz təsiri olub. Panel müzakirələrdə texnologiya əsaslı innovasiyalar, süni intellektin potensialı, kibertəhlükəsizlik və məlumatların mühafizəsi ilə bağlı təcrübələr diqqətə çatdırılıb.
Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov 60-dan çox dövlətin 150-dən çox nümayəndəsinin iştirak etdiyi forumda “ASAN Viza” sistemi haqqında ətraflı məlumat verib və onun müasir texniki standartlara uyğun imkanlarından bəhs edib.
151 ölkədə 3388 müraciət mərkəzi ilə fəaliyyət göstərən “VFS Global” şirkəti 2001-ci ildən 282 milyondan çox müraciəti və 2007-ci ildən bu günə qədər isə 132,56 milyondan çox biometrik qeydiyyatı uğurlu şəkildə emal edib.
Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standart elektron vizanı 3 iş günü, sürətləndirilmiş qaydada isə 3 saat ərzində əldə edə bilər. Fəaliyyətə başladığı dövrdən “ASAN Viza” sistemi vasitəsilə hava limanında rəsmiləşdirilən vizalar daxil olmaqla, ümumi 3.3 milyondan çox vizanın rəsmiləşdirilməsi həyata keçirilib.
20-21 aprel 2024-cü il tarixində Türkiyənin Antalya şəhərində “Robotex” festivalının yarımfinal mərhələsi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin şagirdləri növbəti uğura imza atıblar.
250-dən çox komandanın iştirak etdiyi yarışda mərkəzin “DENEYAP” texnologiya laboratoriyasının "Creators" komandası “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə 3-cü yerin qalibi olub. "Turantech" komandası isə “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Qalib komandalar İtaliyanın Roma şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıblar.
Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2 500-dən artıq iştirakçı yarışıb.
Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.
13 iyun 2024-cü il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonağı salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Görüş zamanı Dövlət Agentliyinin “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri (BMT) Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Tərəflər Dövlət Agentliyi ilə Yaponiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir “ASAN xidmət”də dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaşlar üçün yaradılmış şəraiti təqdirəlayiq hesab edərək ölkəmizin müvafiq təcrübəsinin Yaponiyada öyrənilməsində maraqlı olduğunu bildirib.
Həmçinin qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.
11 iyun 2024-cü il tarixində Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun iştirakçıları "ASAN Xidmət" mərkəzi ilə tanış olublar.
Qonaqlara ASAN Xidmət, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Həmçinin INNOLAND Incubation & Acceleration Centerr, ABAD və "Bilim Bakı" mərkəzi ilə tanışlıq baş tutub.
Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi", "Bilim Bakı” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi və "PAŞA Bank"ın birgə layihəsi olan "Gələcəyə doğru birlikdə" layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbir zamanı iştirakçılar “Simart.az” layihəsinin komandası tərəfindən hazırlanan animasiya filmini izləyiblər.
Daha sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse layihənin yekunu ilə bağlı çıxış edib və videoçarx nümayiş olunub.
Həmçinin “PAŞA Bank”ın Xarici münasibətlər şöbəsinin mütəxəssisi Leyla Mirkişiyeva və 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Günay Manafova layihədə iştirak edən şagirdlərə uğurlar arzulayıblar.
Sonda layihədə iştirak edən bütün şagirdlərə sertifikat təqdim edilib.
3 gün davam edən layihə çərçivəsində 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143 şagirdə təlim keçirilib. Təlim zamanı şagirdlərə 6 istiqamət - riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və tətbiqi dərs üsulu vasitəsilə çatdırılıb. Həmçinin mərkəzdə dərslərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robototexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar öyrədilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə iyunun 6-da "Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil" mözusunda növbəti 4SİM Talks tədbiri baş tutub.
ASAN İnnovativ İnkişaf Mərkəzində keçən tədbirdə "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçıları salamlayaraq, rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.
Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə “Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister və MDB regionu üzrə İcma və Marketinq meneceri Alisa Prokopiv, ASAN Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.
Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlarla bağlı öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə sualları cavablandırıblar.
Blokçeyn Təlim Mərkəzi qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyanın verilməsi məqsədilə “ASAN İnnovativ İnkişaf Mərkəzi”ndə fəaliyyətini davam etdirir.
“4SİM Talks” təşəbbüsünün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi", “Bilim Bakı” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi və “PAŞA Bank” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş birgə layihəyə başlayıb.
Tədbir zamanı “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse tərəfindən Mərkəzin fəaliyyətinə dair təqdimat edilib və videoçarx nümayiş olunub.
Həmçinin “PAŞA Bank”ın Marketinq departamentinin direktoru Zara İbrahimzadə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova layihədə iştirak edəcək şagirdlərə uğurlar arzulayıblar.
Sonra “Deneyap” laboratoriyasının şagirdləri layihələrinin təqdimatını həyata keçiriblər.
3 gün davam edəcək layihə çərçivəsində 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143 şagirdə təlim keçiləcək. Təlim zamanı şagirdlərə 6 istiqamət - riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və tətbiqi dərs üsulu vasitəsilə çatdırılacaq. Həmçinin mərkəzdə dərslərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robototexnika sahəsi üzrə ilkin bilik və ba
Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Qonaqlara "ASAN xidmət", eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə , o cümlədən Türkiyə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb. Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Nümayəndə heyəti "INNOLAND"in , “ABAD” və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.