"İNNOVASİYALAR MƏRKƏZİ" MMC-nin Keyfiyyət üzrə siyasəti

"İNNOVASİYALAR MƏRKƏZİ" MMC-nin rəhbərliyi bəyan edir:

Keyfiyyət sahəsində olan strategiyamız ümumi inkişaf konsepsiyamızın ayrılmaz hissəsidir. Biz, “İNNOVASİYALAR MƏRKƏZİ” olaraq, fəaliyyətimizdə ən qabaqcıl və mükəmməl, son texnologiyaların tətbiqini, təklif etdiyimiz xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini daima ön plana çəkirik.

Biz xidmət sahələrimizi ümumi inkişaf strategiyamıza uyğun olaraq müştərilərin və sifarişçilərin ehtiyac və tələblərini nəzərə almaqla genişləndiririk. Bu məqsədlə də müştərilərin istək və arzuları müntəzəm olaraq tərəfimizdən öyrənilir və təhlil olunur; keyfiyyət sahəsində qəbul edilmiş qərarları rəhbər tutaraq hazırki və uzunmüddətli dövr üçün dövlət və özəl müştərilərin maraqlarını nəzərə almaqla keyfiyyəti idarəetmə sisteminin yararlılığının, adekvatlığının və səmərəliliyinin təmin edilməsi məqsədilə dövri olaraq təhlilləri aparmaq öz öhdəmizə götürürük.

Bu məqsədlə də öz işimizdə olan ən yaxşı təcrübələri nəzərə alır və proseslərin və layihələrin idarə edilməsi zamanı sistemli yanaşma prinsipini əsas götürürük. Bu üzdən də proseslərin qarşılıqlı şəkildə koordinasiya olunması, daxili idarəetmənin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi bizim prioritet məsələlərimizdən biridir.

“İNNOVASİYALAR MƏRKƏZİ” MMC-nin göstərdiyi xidmətlərin keyfiyyət göstəricilərini beynəlxalq və milli standartlara, Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaların tələblərinə uyğundur.

Heyətimiz fəaliyyət göstərdiyimiz sahələrdə yarana biləcək riskləri maksimum dərəcədə azaltmaq məqsəd ilə dövri olaraq riskləri qiymətləndirir və təhlillər aparır. Bu üzdən də ışçi heyətimizin bilik, bacarıq və səriştəliliyinin artırılması üçün mütəmadi olaraq təlimlər keçiririk.

“İNNOVASİYALAR MƏRKƏZİ” olaraq bizimlə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və digər partnyorlara İSO 9001:2015 standartının (Keyfiyyət İdarəetmə Sistemi) tələblərinin əlçatan olmasını təmin edirik.

 Müəssisəmizin rəhbərliyi fəaliyyətinin keyfiyyət meyarlarının yüksək səviyyədə olmasına əmin olmaq məqsədi ilə daim təhlillər aparır və lazımi nəticələrə nail olmaq üçün qabaqlayıcı tədbirlər görür. Bununla da “İNNOVASİYALAR MƏRKƏZİ”-nin rəhbərliyi qeyd edilmiş prinsiplərə şərtsiz əməl edir və keyfiyyəti idarəetmə sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün məsuliyyət daşıdığını bildirir.