GERİ

“İnnovasiyalar Mərkəzi” Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir

29 Yanvar, 2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”   Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir

 

Tələblər


Təcrübə: Arzuolunandır.
Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook və s.)
Dil bilikləri: - İngilis, Rus, Ərəb, Fars dillərindən biri əla səviyyədə ( Əlavə olaraq Çin, Fransız və digər  dillərdən birini  bilənlərə üstünlük veriləcək).

Funksiyalar

- Daxil olan zənglərin cavablandırılması;
- Müraciətlərin qeydə alınması;
- Xidmətlərlə bağlı məlumatların dəqiq və düzgün şəkildə ötürülməsi.

Bilik və bacarıqlar

- Gündəlik işlərdə vaxtın idarə edilməsi;
- Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək);
- Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq;
- Səlis və aydın danışıq tərzi;
- Yüksək nitq mədəniyyəti.

Namizədlər öz CV-lərini “Çağrı mərkəzi operatoru” qeyd etməklə hr@icenter.az elektron poçt ünvanına 28.02.2020-ci il tarixinə qədər göndərməlidir.

Digər xəbərlər