GERİ

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11 Avqust, 2020

11 avqust 2020-ci il tarixində “Smart nation” (“Ağıllı ölkə”) konsepsiyası çərçivəsində kommunal xidmət sahələrində perspektiv planlar” mövzusunda videokonfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC-nin təşəbbüsü ilə reallaşdırılıb.

    Videokonfransda pandemiya dövründə daha aktual olan kommunal ödənişlərin onlayn təşkili, həmçinin “Smart card reader” (“Ağıllı kart oxuyucu”) cihazlarından istifadənin təşviqi, 3D mobil xəritələrin tətbiqi və yeraltı kommunikasiya xəritəsinin yaradılması mövzularında müzakirələr aparılıb. 

    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azəriqaz” İB-nin, “Azərsu” ASC-nin, “Azərişıq” ASC-nin və "İnnovasiyalar mərkəzi"nin beynəlxalq tərəfdaşı olan “EKM” Global Consulting GMbH” şirkətinin nümayəndələri iştirak ediblər.

    Əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq ediImiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi" nin tələblərinə uyğun olaraq kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin formalaşdırılmasıdır.

Digər xəbərlər