Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” BMT-nin Qlobal Saziş Təşəbbüsünün iştirakçıları sırasına daxil olub.
“İnnovasiyalar Mərkəzi”nin adı çəkilən sazişin üzvü olması BMT-nin fəaliyyət istiqamətlərinə daha da yaxın olmaq, yerli və xarici biznes ekosisteminə daxil olmaq, mərkəzin sosial-biznes qurumu olaraq nüfuzu və gələcək BMT mükafatlarına müraciəti üçün faydalı hesab olunur.