29 dekabr tarixində “İnnovasiyalar Mərkəzi” MMC-nin 7 illik fəaliyyətinə dair görüş keçirilib.
Konfrans COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunub.
“İnnovasiyalar Mərkəzi” MMC-nin rəhbəri Tağı Tağızadə giriş nitqi ilə əməkdaşları salamlayıb və bu əlamətdar hadisə münasibəti ilə əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda il ərzində göstərdikləri fəaliyyətə görə əməkdaşlara təşəkkür edilib. Həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbriklər səsləndirilib.