GERİ

ASAN İnnovativ İnkişaf Mərkəzi yeni ünvanda fəaliyyətə başlayıb

5 İyul, 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən binasında fəaliyyətə başlayıb. 

Mərkəzin geniş və müasir standartlara cavab verən yeni məkanı ölkəmizdə vətəndaş məmnunluğunun təmin edilməsi, müxtəlif biznes sektorlarında göstərilən xidmətlərin innovativ mərhələyə keçidi, hüquqi və fiziki şəxslərin ehtiyaclarına uyğun olaraq bilik, bacarıq və səriştələrin formalaşdırılması və ya artırılması istiqamətində keçirilən təlimlər, həmçinin şəxsi və peşəkar inkişafa xidmət edən layihə və tədbirlər daha əlverişli, inklüziv və dəstəkləyici mühitdə həyata keçirməyə imkan verir.

Mərkəzdə müştərilərin təlim seçimlərinə uyğun işgüzar görüşlər, seminarlar, təlim seansları, tədbir və təqdimatların keçirilməsi üçün tam müvafiq olan müxtəlif otaq və zallar, həmçinin psixologiya, kouç otağı fəaliyyət göstərir. 

Qeyd edək ki, Mərkəz 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışında iştirak etdikləri “ASAN Həyat” Kompleksində (7 saylı Bakı “ASAN xidmət” mərkəzi) yerləşir. 
ASAN İnnovativ İnkişaf Mərkəzinin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə  müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir. Mərkəz əyani təlimlər, korporativ xidmətlər və video təlimlər olmaqla 3 istiqamətdə fəaliyyət göstərir. 
 

Digər xəbərlər