GERİ

"İnnovasiyalar Mərkəzi" ilə MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) arasında əməkdaşlıq pe

22 Sentyabr, 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ilə MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) arasında əməkdaşlıq perspektivləri müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə iştirak edən “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, "Bilim Bakı" Mərkəzinin rəhbəri Yusuf Polat və MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli qurumların fəaliyyəti və gələcək planları barədə məlumatları paylaşıblar. Həmçinin ölkəmizdə innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi, innovativ həllərin hazırlanması və sahibkarlığın inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda hər iki qurum arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdiriləcəyi və əməkdaşlığın daha da genişləndiriləcəyi vurğulanıb.

Digər xəbərlər