GERİ

“Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb

7 Oktyabr, 2019

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika” ASC-nin  birgə həyata keçirəcəyi İnkubasiya proqramına 11 layihə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş layihələrin seçim mərhələsi “INNOLAND”də baş tutacaq.

Digər xəbərlər