GERİ

Caspian European Club-ın üzvləri "İnnovasiyalar Mərkəzi"ndə olub

22 Noyabr, 2019

Biznes-tur çərçivəsində “Caspian European Club”un üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olublar.

Şirkətlərə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat təqdim olunub, həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdimatı keçirilib. Biznes-tur çərçivəsində şirkətlər “ASAN xidmət” Çağrı Mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə də tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib.  Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər