GERİ

“Startup Weekend Baku Fintech” tədbirinə start verilib

22 Noyabr, 2019

“StartupFest” çərçivəsində keçirilən və 54 saat davam edəcək “Startup Weekend Baku Fintech” tədbirinə start verilib. Tədbir “Bank Respublika” ASC-nin İT İnnovasiyalar üzrə şöbə müdiri Rəşad Əliyevin çıxışı ilə başlayıb. O, iştirakçılara maliyyə texnologiyalarının qurulmasından danışıb.

“Startup Weekend Baku Fintech” tədbiri iştirakçılara öz ideyalarını həyata keçirmək şansı verəcək. Qaliblər İstanbulda keçiriləcək “Startup Turkey” tədbirinə bilet, “Bank Respublika” ASC və “Topla.az”dan pul mükafatları əldə edəcəklər.

Qeyd edək ki, “Startap Weekend” 54 saat davam edən həftə sonu tədbiridir. Bu müddətdə biznes menecerləri, startap həvəskarları, marketinq qrupları, qrafik sənətçiləri və startapçılar arasında müxtəlif mövzularda fikir mübadiləsi aparılır, bu fikirlər ətrafında komandalar yaradılır və işləyən bir prototip hazırlanır və bazar günü axşam hazırlanmış prototipin təqdimatı həyata keçirilir.

Digər xəbərlər