GERİ

İnnovasiyalar Mərkəzi "Yay təcrübəsi proqramı"nı elan edir

5 İyul, 2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi tələbə və ya məzun olan
gənclərin müəyyən edilən istiqamətlər üzrə bilik, praktiki bacarıqlar və şəxsi inkişafına dəstək vermək
məqsədi ilə təcrübə proqramı elan edir.

Proqramın təsviri:

Təcrübə Proqramı Mərkəzin Beynəlxalq Əlaqələr şöbəsində, texnologiya, innovasiyalar, beynəlxalq
trendlər və əməkdaşlıq üzrə tədqiqat və inkişaf istiqamətindədir. Təcrübə proqramı müddətində
təcrübəçi birbaşa komanda ilə işləyib, müəyyən edilmiş istiqamətlər üzrə detallı araşdırmaların
aparılması və təkliflərin hazırlanması, regional və beynəlxal miqyaslı cərəyan edən hadisələrin təhlili,
data bazaların yaradılması, və digər tədqiqat/təhlil yönümlü fəaliyyətlər ilə məşğul olacaq. Proqramda
iştirak edən namizədlər real layihələr çərçivəsində praktiki təcrübə və inkişaf üçün mütəxəssis
komandadan dəstək əldə edəcəklər. Proqramı uğurla tamamlayan təcrübəçilərə sertifikat və gələcək iş
imkanları üçün tövsiyə məktubu veriləcək.

Təcrübəçiyə dair tələblər:

-Texnologiya, innovasiyalar, beynəlxalq trendlər və əməkdaşlıq istiqamətlərində maraq;
-Tədqiqat və strateji analiz bacarıqları;
-Komanda ilə iş və yaxşı ünsiyyət bacarıqları;
-Təşəbbüskarlıq, tapşırıqların icrasına yön verə bilmək və innovativ yanaşma;
-Microsoft Office bacarıqları;
-Mükəmməl Azərbaycan və İngilis dili biliyi əsasdır.

Müraciət üçün CV formaların marketing@icenter.az e-poçt ünvanına, mövzu hissədə mütləq “Yay Təcrübəsi
Proqramı” qeyd olunmaqla göndərməkləri xahiş olunur. Proqramın müddəti 2 aydır və mövcud pandemiya
vəziyyəti ilə əlaqədər olaraq iş qrafiki əsasən sərbəst və uzaqdan iş prinsiplərində olacaq.

CV-in son göndərilmə tarixi: 20 iyul  2020-ci  il.

Digər xəbərlər