GERİ

"İnnovasiyalar Mərkəzi" vakansiya elan edir.

4 Noyabr, 2020

"İnnovasiyalar Mərkəzi" Araşdırmalar analisti  vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi:

iCenter-in fərqli sənayelər üzrə araşdırmalarını aparmaq

 

Vəzifə öhdəlikləri

  • İnnovasiya ekosistemi üzrə hesabatların hazırlanması;
  • Fərqli bazarların keyfiyyət və kəmiyyət araşdırması və məsləhətlərin verilməsi;
  • Biznes yönümlü qurumların rəhbərləri, maliyyə işçiləri və bazar nümayəndələri ilə daimi ünsiyyət, əlaqələrin qurulması;
  • Təşkilatın istifadəsi üçün aydın və faydalı hesabatlar hazırlanması;
  • Bazar araşdırmalarına əsaslanıb şirkətin yeni məhsullarının hazırlanması üçün tövsiyələr verilməsi;
  • Araşdırılan sahə və əlaqəli bazarlar haqqında məlumatların məxfiliyinin təmin olunması.

Tələb edilən bilik, bacarıq və təcrübə

  • Ali təhsil;
  • Bazarların araşdırılması və hesabatların yazılması təcrübəsi;
  • İnnovasiya ekosistemi haqqında məlumatlılıq;
  • Kreativ düşüncə qabiliyyəti;
  • Verilən məlumatları (data) təhlil edib nəticə çıxarma qabiliyyəti;
  • Kommunikasiya bacarıqları;
  • Təşəbbüskarlıq;
  • Problem həll etmə bacarığı;
  • İngilis dili (yüksək səviyyədə), Rus dili (seçim prosesində üstünlükdür).

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 04 dekabr 2020-ci il tarixinədək n.h.huseynova@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “Araşdırmalar analisti” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

Digər xəbərlər