GERİ

"İnnovativ layihə meneceri" vəzifəsi üzrə vakansiya

18 Noyabr, 2020

 

"İnnovasiyalar Mərkəzi"nin bir üzvü olmaq və bizimlə birgə peşəkar karyera qurmaq istəyənlərin nəzərinə - 📢 Vakansiya var!

Vəzifənin adı: İnnovativ layihə meneceri 🔍

Vəzifənin məqsədi: İnnovasiyalar sahəsi üzrə layihələrin idarə edilməsini və koordinasiyasını təşkil etmək

Vəzifə öhdəlikləri

🔹Müxtəlif innovasiya layihələrinin həyata keçirilməsi üzrə təkliflərin verilməsində və icrasında iştirakı təmin etmək;

🔹İnnovasiya fəaliyyəti üzrə startapların inkişafı üçün zəruri ekosistemin təmin edilməsi üçün təkliflərin verilməsində iştirak etmək və layihələrin həyata keçirilməsində iştirak etmək;

🔹Müxtəlif mövzularda inkubasiya, akselerasiya proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

🔹İnnovasiyaların inkişafı üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;

🔹Bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq innovasiyalar üzrə vahid məlumat bazası, metodologiya və digər platformalarının yaradılması üzrə təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;

🔹Sahə üzrə müxtəlif yerli və beynəlxalq tədbirlərin, hakatonların, seminarların təşkilatçılığında iştirak etmək.

 

Tələb edilən bilik, bacarıq və təcrübə

🔹Layihələrin idarə olunması üzrə ən azı 3 illik təcrübə;

🔹İnnovasiyalar və innovativ layihələrlə iş üzrə təcrübə;

🔹Strateji planlaşdırma və vizyon müəyyən etmə qabiliyyəti;

🔹Araşdırma və yüksək analitik bacarıqlara sahib olmalı;

🔹Stresə davamlılıq və komandada işləmək bacarığı;

🔹Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;

🔹Təşəbbüskarlıq və Kreativ düşüncə qabiliyyəti;

🔹Tənqidi düşüncə qabiliyyəti;

🔹İngilis dili və Rus dili (yüksək səviyyədə).

 

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 07 dekabr 2020-ci il tarixinədək t.mirzayeva@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “İnnovativ layihələr üzrə menecer” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

#işvar #vakansiya #icenter #innovation

Digər xəbərlər