GERİ

Vakansiya var!

15 Dekabr, 2020

"İnnovasiyalar Mərkəzi"nin bir üzvü olmaq və bizimlə birgə peşəkar karyera qurmaq istəyənlərin nəzərinə -  Vakansiya var!

Vəzifənin adı: FrontEnd Developer 

Vəzifənin məqsədi: Veb tətbiqlərin, proqram təminatlarının işinin optimallaşdırılması, vizual elementlərin işlənilməsi

Vəzifə öhdəlikləri:
🔹Veb layihələrin və saytların tərtibatı;
🔹Layihələr üçün yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
🔹Veb proqram təminatının işinin optimallaşdırılması;
🔹Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan
qaldırılması;
🔹Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və həll olunması.

Tələb edilən bilik, bacarıq və təcrübə:
🔹JavaScript (ES6+)
🔹 TypeScript
🔹Angular 2+
🔹 JQuery
🔹HTML, CSS
🔹Sass / Less
🔹Bootstrap, Material Design
🔹Package managers (npm, yarn)
🔹Gulp, Webpack
🔹Git
🔹2 illik təcrübə
🔹Angular-da azı 2 layihəsinin olması.

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən əmək haqqı gözləntilərini qeyd etməklə
öz CV-lərini 30 dekabr 2020-ci il tarixinədək t.mirzayeva@icenter.az elektron ünvanına
email-in mövzu hissəsində “FrontEnd developer” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
 

Digər xəbərlər