GERİ

“Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramına start verildi

20 Aprel, 2021

Ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin universitetlərlə birgə  həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramına start verilib. 

Mentorluq proqramının əsas məqsədi innovativ ideyaların inkişaf etdirilməsi üçün təhsil prosesində olan müəllimlərin innovativ bilik və bacarıqlara cavab verən mentorlar kimi yetişdirilməsidir.

Nəzərdə tutulmuş 12 həftəlik mentorluq proqramı 2 mərhələdən ibarət olacaq. İlk mərhələdə layihəyə qoşulmuş 5 universitetin xüsusi kriteriyalar üzrə seçilmiş müəllim və digər nümayəndələrindən ibarət 50-yə yaxın iştirakçıya baza bilikləri üzrə təlimlər keçiriləcək. 2 ay davam edəcək təlimlər əsasən  sahibkarlıq və biznes, innovasiya, ideya hipotezi, startap və s. kimi  fəqli sahələrdə idarəetmə mövzularını əhatə edəcək. Növbəti mərhələdə isə ilk mərhələ iştirakçılarının təyin olunmuş istiqamətlər üzrə mentor kimi ixitsaslaşması təmin ediləcəkdir. 

Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Digər xəbərlər