GERİ

Zəngilan Beynəlxalq Hava Limanında ilk dəfə “ASAN Viza” verilib

10 Dekabr, 2022

10 dekabr 2022-ci il tarixində akkreditə olunmuş diplomatik korpusun üzvlərinin, o cümlədən hərbi attaşelərin Zəngilan və Qubadlı rayonlarına səfəri baş tutub.

Səfər proqramında iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirliyin və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

Digər xəbərlər