GERİ

“Yaşnabad” İnnovativ Texnoparkının direktoru Ş.Şərifov "İnnovasiyalar Mərkəzi"nin qonağı olub

16 Dekabr, 2022

Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin tabeliyində olan “Yaşnabad” İnnovativ Texnoparkının direktoru Şakhobjon Şərifov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin qonağı olub. 

Görüş çərçivəsində Mərkəzin direktoru Vüsal Rüstəmov innovasiya və startap ekosistemi sahəsində həyata keçirilən layihələr və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində startaplar üçün yaradılmış imkanlar barədə məlumat verib. 

Həmçinin tərəflər arasında imzalanmış inkubasiya və akselerasiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə layihə və tədbirlərin həyata keçirilməsi, eləcə də inkubasiya proqramlarının icrası və inkişafı üzrə mövcud imkanlar müzakirə edilib.

Digər xəbərlər