GERİ

“İnnovasiyalar Mərkəzi” MMC ilə "Code Academy" arasında memorandum imzalanıb

24 İyul, 2023

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC "Code Academy" ilə görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan mərasimdə müqaviləni “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Code Academy” şirkətinin baş direktoru Ülvi Aslanov imzalayıblar.  

Memorandumun əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişafına yardım edən müasir pedaqoji və informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı sərfəli əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.

“İnnovasiyalar Mərkəzi” ilə "Code Academy"nin birgə əməkdaşlığı “Akademiya” tərəfindən tədris olunan müvafiq sahələr üzrə “Mərkəz” əməkdaşlarının təlim ehtiyacları ilə bağlı göndərilən sorğulara uyğun olaraq güzəştli təkliflər paketinin təqdim olunması, “Mərkəz”in İT, eyni zamanda müvafiq sahələr üzrə çalışan əməkdaşlarının “Akademiya”nın tədris etdiyi sahələr üzrə pedoqoji heyətinə cəlb edilməsinə köməklik göstərilməsinə, ölkədə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton və bootcamp modeli əsasında layihələrin birgə hazırlanması və icrasına xidmət edəcək.

Digər xəbərlər