GERİ

Vakansiya elan edirik

9 Avqust, 2023

Rəqəmsal marketinq üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:


🟦 Mərkəzin sosial şəbəkələrinin və internet saytının idarə edilməsi;
🟦 Sosial şəbəkələrdə hədəf kütlələrinə uyğun kontentlərin müəyyən edilməsi;
🟦 Aylıq post planın hazırlanması;
🟦 Tanıtım və satış məqsədli konseptlərin hazırlanması;
🟦 Mərkəzin xidmətlərinin təbliğatının aparılmasında iştirak etmək;           
🟦 Effektivliyin ölçülməsi, həftəlik və aylıq hesabatların hazırlanması;
🟦 Trendlərə uyğun səhifələrin yenilənməsi;   
 

Tələb edilən bilik, bacarıq və təcrübə

🟪 Ali təhsil (rəqəmsal marketinq ixtisasını bitirənlərə üstünlük verilir);
🟪 Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; 
🟪 Müxtəlif sosial şəbəkələrdə reklam yerləşdirmə, hədəfləmə və məzmun yaratma bacarığı;
🟪 Rəqəmsal platformalarda təhlil imkanı verən alətlərdən istifadə;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪  Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);

İş şəraiti:

- 5 günlük iş qrafiki

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “ Rəqəmsal marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

----------------------------------------------------------------------------------------------------------

Təlim üzrə mütəxəssis

Vəzifə öhdəlikləri 

🟦 Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillərin, sorğuların və s. aparılması, nəticələri təhlil etməsi və ümumiləşdirməsi;
🟦 Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırması və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırması, təlim təchizatçıları ilə qarşılıqlı əlaqələrin aparılmasında iştirak etmək;
🟦 Təlim proqramlarının tərtibatı;
🟦 Sifarişçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq təklfilərin hazırlanması;
🟦 Yerli və xarici təlim şirkətləri, birlik və assosiasiyalar ilə işgüzar əməkdaşlıqların qurulması;
🟦 Qiymətləndirmənin həyata keçirilməsi;
🟦 Hesabatların hazırlanması;

Tələb edilən bilik, bacarıq və təcrübə:

🟪 Ali təhsil (idarəetmə, iqtisadiyyat və ya sosial-humanitar sahədə təhsil arzuolunandır);
🟪 Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; 
🟪 Təlim proqramlarının müxtəlif auditoriyalar üçün hazırlanması;
🟪 İnnovativ və yaradıcı düşünmək;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪 Təşkilatçılıq və təqdimat bacarığı;
🟪Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);

İş şəraiti:

- 5 günlük iş qrafiki

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “ Təlim üzrə mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur. 

---------------------------------------------------------

Korporativ satış üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:
🟦 Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
🟦 Hədəf müştəri siyahısı üzrə təyin olunmuş müştəriləri analiz etmək və fərdi satış planı hazırlamaq;
🟦 Müştərilərin tələblərini nəzərə alaraq  təkliflər hazırlamaq;
🟦 Hədəf müştəri siyahısına və iş bölgüsünə əsasən müştəriləri cəlb etmək;
🟦 Sosial və kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
🟦 Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
🟦 Sənədləşmənin təqibi;

Tələb edilən bilik, bacarıq və təcrübə

🟪 Müvafiq sahə üzrə azı 1 il iş rəcrübəsi təcrübə;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪 Təşkilatçılıq bacarığı;
🟪 Təqdimat hazırlama bacarığı;
🟪 Azərbaycan dilində səlis danışıq;
🟪 Minimum əlavə 1 dil bacarığı (rus və ya ingilis).

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “ Korporativ satış üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

Digər xəbərlər