İnnovasiya ve startap ekosistemin inkişafına dəstək verilməsi
Maarifləndirmə və kadr hazırlığı sahəsində təlimlərin təşkili
İnnovativ layihə və tədbirlərin həyata keçirilməsi
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib
29-30 iyun tarixində “ASAN xidmət"in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçiminin ilkin mərhələsi olan test imtahanı keçirilib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə M. İbrahimov adına 153, C. Cabbarlı adına 161 və 158 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6 və 7-ci sinfini bitirən 5000-dək şagird iştirak edib.
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ilk mərhələsində şagirdlər riyaziyyat, alqoritm, təbiət elmləri, ümumi dünyagörüşü istiqamətində sualları cavablandırıblar.
İmtahanın nəticələri bir həftə müddətində yoxlanılıb iştirakçıların valideynlərinə sms və elektron poçt vasitəsilə göndəriləcək.
İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər müsabiqənin növbəti mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaqlar.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Laboratoriyada təlim proqramı iki mərhələdən ibarətdir: ilk 24 ay layihə əsaslı tədris və 12 ay komanda dövrü. İştirakçılar 11 fərqli mövzuda (süni intellekt, robototexnika və kodlaşdırma, qabaqcıl robototexnika, elektron proqramlaşdırma və əşyaların interneti, enerji texnologiyaları, nanotexnologiya və materialşünaslıq, aviasiya və kosmik texnologiyaları, mobil tətbiq, kibertəhlükəsizlik, proqram təminatı texnologiyaları, dizayn və istehsal) texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçəcəklər. Hər təlim proqramının sonunda isə komanda şəklində layihələrini inkişaf etdirərək onun nümayişini həyata keçirəcəklər.
“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan "Bilim Bakı" mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb.
“Deneyap” proqamı gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks, fərqli bir təhsil modelidir və ödənişsiz həyata keçirilir.
Laboratoriyada keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.
24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Proqrama Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 2023-2024-cü tədris ilinin 4,5,6 və 7-ci sinfini bitirən şagirdlər qoşula bilərlər. Seçim imtahanının hər iki mərhələsində ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.
Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 22 iyun 2024-cü il tarixinədək deneyap.az saytına keçid etməklə “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.
“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci - yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.
13 iyun 2024-cü il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonağı salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Görüş zamanı Dövlət Agentliyinin “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri (BMT) Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Tərəflər Dövlət Agentliyi ilə Yaponiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir “ASAN xidmət”də dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaşlar üçün yaradılmış şəraiti təqdirəlayiq hesab edərək ölkəmizin müvafiq təcrübəsinin Yaponiyada öyrənilməsində maraqlı olduğunu bildirib.
Həmçinin qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.
11 iyun 2024-cü il tarixində Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun iştirakçıları "ASAN Xidmət" mərkəzi ilə tanış olublar.
Qonaqlara ASAN Xidmət, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Həmçinin INNOLAND Incubation & Acceleration Centerr, ABAD və "Bilim Bakı" mərkəzi ilə tanışlıq baş tutub.
Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi", "Bilim Bakı” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi və "PAŞA Bank"ın birgə layihəsi olan "Gələcəyə doğru birlikdə" layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbir zamanı iştirakçılar “Simart.az” layihəsinin komandası tərəfindən hazırlanan animasiya filmini izləyiblər.
Daha sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse layihənin yekunu ilə bağlı çıxış edib və videoçarx nümayiş olunub.
Həmçinin “PAŞA Bank”ın Xarici münasibətlər şöbəsinin mütəxəssisi Leyla Mirkişiyeva və 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Günay Manafova layihədə iştirak edən şagirdlərə uğurlar arzulayıblar.
Sonda layihədə iştirak edən bütün şagirdlərə sertifikat təqdim edilib.
3 gün davam edən layihə çərçivəsində 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143 şagirdə təlim keçirilib. Təlim zamanı şagirdlərə 6 istiqamət - riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və tətbiqi dərs üsulu vasitəsilə çatdırılıb. Həmçinin mərkəzdə dərslərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robototexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar öyrədilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə iyunun 6-da "Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil" mözusunda növbəti 4SİM Talks tədbiri baş tutub.
ASAN İnnovativ İnkişaf Mərkəzində keçən tədbirdə "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçıları salamlayaraq, rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.
Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə “Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister və MDB regionu üzrə İcma və Marketinq meneceri Alisa Prokopiv, ASAN Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.
Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlarla bağlı öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə sualları cavablandırıblar.
Blokçeyn Təlim Mərkəzi qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyanın verilməsi məqsədilə “ASAN İnnovativ İnkişaf Mərkəzi”ndə fəaliyyətini davam etdirir.
“4SİM Talks” təşəbbüsünün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqinin rəhbərlik etdiyi nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.
Görüş zamanı qonaqlara bildirilib ki, hazırda “ASAN xidmət” modelinin tətbiqi istiqamətində bir sıra Afrika ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirilir.
Nazir “ASAN xidmət” təcrübəsininin onda yüksək təəssürat yaratdığını və öz ölkəsində tətbiqi ilə bağlı marağını ifadə edib.
Bundan əlavə, nümayəndə heyəti INNOLAND Incubation & Acceleration Centerin, ABADın, Bilim Bakı mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olub.
25 iyul 2024-cü il tarixində Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun rəhbərlik etdiyi müxtəlif qurumların məsul şəxslərindən ibarət nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Həmçinin müvafiq sənədin icrası çərçivəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və dövlət xidmətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Nümayəndə heyəti INNOLAND Incubation & Acceleration Center, "ABAD", "Bilim Bakı"nın və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.
Əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “iLab” startapı tərəfindən istehsal olunan “Charge Box” elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.
Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər.
O qeyd edib ki, sözügedən stansiyalar artıq bir çox “ASAN xidmət” mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.
Sonra “Gələcəyin İnnovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar” və “COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel müzakirələr start götürüb.
Festival 10 innovasiya və texnologiya şirkəti, 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP29-a həsr olunur və “Yaşıl texnologiya yaşıl dünya naminə” şüarı ilə keçirilir.
"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir. Həmçinin gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov İndoneziya Respublikasında innovasiya sahəsində fəaliyyət göstərən şirkətlərlə görüşüb.
Görüşün məqsədi iki ölkənin aidiyyəti qurumlarının innovasiya və startap ekosisteminin inkişafı istiqamətində fəaliyyəti və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Görüşlər çərçivəsində İndoneziyanın ilk və ən böyük investisiya platforması və konsaltinq şirkəti olan "Angin" və texnoloji innovasiya startapları platforması olan "Innovation Factory" şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb, startapları fəal şəkildə dəstəkləyən inkubatorlar, akseleratorlar və investorlarla potensial əməkdaşlıq imkanları araşdırılıb.
Tərəflər innovasiya ekosisteminin inkişafı və startapların dəstəklənməsi sahəsində təcrübə mübadiləsi aparmaq və birgə layihələr həyata keçirmək niyyətində olduqlarını ifadə ediblər.
Görüşlər zamanı qonaqlara “İnnovasiyalar Mərkəzi”nin və tabeli strukturlarının fəaliyyət istiqamətləri, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar sahəsində göstərilən fəaliyyət, bu istiqamətdə qazanılan uğurlar və gələcək planlar barədə məlumat verilib. Həmçinin, İndoneziya Respublikasının innovasiya sahəsindəki təcrübəsinin Azərbaycan üçün dəyərli olduğu və qarşılıqlı əməkdaşlığın tərəflər üçün faydalı olacağı vurğulanıb.
Görüşlərin nəticəsi olaraq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsinin və bir sıra birgə fəaliyyətlərin həyata keçirilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinə Cakarta şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Vətəndaşlara Xidmət Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib.
Cakarta xidmət mərkəzi Dövlət Agentliyi ilə İndoneziyanın müvafiq nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən müxtəlif illərdə indoneziyalı rəsmilər üçün “ASAN xidmət” mərkəzlərində təşkil olunmuş təlimlər və burada tətbiq olunan innovativ həllərin paylaşılması nəticəsində təşəkkül tapıb.
Nümayəndə heyətini qarşılayan Cakarta Vətəndaşlara Xidmət Mərkəzinin rəhbəri mərkəzdə 300-dən çox xidmətin göstərildiyini diqqətə çatdırıb.
Mərkəzdə həyata keçirilən xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olduğunu bildirən İndoneziya tərəfi burada vətəndaşlara şəxsiyyət vəsiqəsi, pasport, miqrasiya, vergi, lisenziyaların verilməsi və digər növ xidmətlərin təqdim olunduğunu vurğulayıb.
Mərkəzdə vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə özünəxidmət köşkləri, uşaq oyun guşəsi, kafe fəaliyyət göstərir.
Mərkəzin direktoru Dövlət Agentliyinə mərkəzin fəaliyyətinin qurulmasında və inkişaf etdirilməsində göstərilən mütəmadi dəstəyə görə təşəkkürünü çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın dəvəti əsasında bu ölkəyə səfər edib.
Öncə nümayəndə heyəti İndoneziya Respublikasının vitse-prezidenti Maruf Amin tərəfindən qəbul edilib. Maruf Amin Azərbaycanın “ASAN xidmət” modelindən ilhamlanaraq ölkəsinin dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərə görə təşəkkürünü bildirib. Vitse-prezident Banyuvangi əyalətində açılmış ilk dövlət xidmətləri mərkəzindən sonra İndoneziyada artıq 200-dən çox bu cür mərkəzin mövcudluğunu və bu sayın 500-ə qədər artacağını bildirib. Həmçinin iqtisadi artım, investisiyalara nail olmaq üçün hər iki ölkənin ortaq maraqlar çərçivəsində cəmiyyət və özəl sektor üçün dövlət xidmətlərinin çatdırılmasını təşviq etdiyi vurğulanıb.
Vitse-prezident dövlət xidmətləri və sosial innovasiyalar sahələrində “ASAN xidmət” tərəfindən gələcəkdə də tətbiq olunacaq yeniliklərin İndoneziya tərəfi ilə bölüşülməsinə marağını ifadə edib.
Səfər çərçivəsində Ülvi Mehdiyevlə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas arasında da ikitərəfli görüş keçirilib. İndoneziyalı nazir hazırda ölkəsində “ASAN xidmət” modeli əsasında yaradılmış 200-dən çox vətəndaşlara xidmət mərkəzinin fəaliyyət göstərdiyini bildirib və dəstəyə görə təşəkkür edib.
Dövlət Agentliyinin sədri öz növbəsində İndoneziya tərəfinə qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib və bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan tərəfinin dəstəyə hazır olduğunu bildirib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Fəaliyyət Planı imzalanıb.
İndoneziya Respublikasının paytaxtında həyata keçirilən “Cakarta Ağıllı Şəhər” layihəsi ilə tanışlıq və şəhər rəhbərliyi tərəfindən təqdimat da baş tutub.
Nümayəndə heyətinin İndoneziyaya səfəri davam edir.