logologologo
Gələcək üçün bacarıqlar

media-title
“Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb
07/10/2019

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika” ASC-nin  birgə həyata keçirəcəyi İnkubasiya proqramına 11 layihə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş layihələrin seçim mərhələsi “INNOLAND”də baş tutacaq.

media-title
"INOLAND" rezidentləri beynəlxalq proqrama qəbul edilib
02/10/2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramına qəbul edilib.

Hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir. Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale" "ITU Magnet" Akselerasiya proqramına qəbul olunub.

media-title
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və "İnnovasiyalar Mərkəzi" Memorandum imzalayıblar
19/09/2019

19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), “İnnovasiyalar Mərkəzi” MMC və “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

    “VFS Global” müxtəlif ölkələrə viza, pasport və müxtəlif vətəndaş xidmətləri göstərən ən böyük şirkətdir. Dünyanın 147 ölkəsində 3093 viza müraciəti mərkəzinə malik olan “VFS Global” indiyədək 203 milyondan çox viza müraciətini qəbul etmişdir.

   Memorandum “VFS Global” şirkətinin geniş əhatə dairəsi və imkanlarından istifadə etməklə “ASAN xidmət” modelinin və elektron hökumət sahəsində Azərbaycanda yaradılmış elektron həllərin “VFS Global”ın fəaliyyət göstərdiyi ölkələrdə tətbiqi, təbliği və inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

media-title
"INNOLAND" "AzerGold" QSC ilə birgə Akselerasiya Proqramına başlayır
14/08/2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AzerGold” QSC ilə birgə Akselerasiya Proqramina başlayacaq. Məqsəd, sahələrarası  innovasiyanı stimullaşdırmaq üçün sənayenin ən inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq və sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsidir. 

Akselerasiya proqramı üçün uyğun olan startaplar:

  • prosesləri optimallaşdıran

  • ixtisas (potensial) inkişaf etdirən

  • bacarıq artıran

  • aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən 

Qiymətli metal sənayesində və "AzerGold" QSC-nin ehtiyaclarına uyğunlaşdırıla biləcək həllər təqdim edir.

Qiymətli metal sənayesi üçün innovativ həllər ilə yanaşı, startaplar AzerGold QSC-in təşkilati ehtiyacları üçün uyğun həllər təklif edə bilərlər:

  • Mədənçilik

  • Sənaye

  • Geologiya

  • Insan Resursları

  • Database / rəqəmsallaşdırma

  • Hüquq

  • Maliyyə

  • Ekoloqiya

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit - və s.

Seçim meyarları

"AzerGold" QSC-nin fəaliyyətinə aid olmaqdan əlavə seçim məyarları:

1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır. 

2. Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir. Akselerasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dili bilməlidir. Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək.

3. Məhsulun prototipi və ya inkişaf mərhələsində olan məhsul təqdim olunmalıdır.

4. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.

5. Layihənin təqdimatı mövcud olmalıdır.

6. Qiymətli  metal sənayesi ixtisasında kvalifikasiyanız və ya sahədə təcrübəniz üstünlük hesab ediləcək.

7. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız.

Qeydiyyat üçün : https://forms.gle/8YqYx6mh6d1J7sXd8

media-title
Masallı “ASAN Həyat” kompleksində "Yay festivalı" keçirilib
03/08/2019

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə "Yay festivalı" keçirilib.

Masallı “ASAN Həyat” kompleksində baş tutan testival həm Masallı, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə müğənnilər Sevil və Sevinc bacıları, DJ Roşka və başqaları çıxış ediblər.

“Yay festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

media-title
Şəki “INNOLAND” Mərkəzində ilk Hackathon uğurla başa çatıb
25/07/2019

Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”  başa çatıb.

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.

İştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.  

Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Barbertapp”, “Sığortam” və “Sheki Tour” komandaları ən yüksək bal toplayaraq qalib olublar.

Qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandalara notbuk təqdim edilib.

Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

media-title
“Gələcək üçün bacarıqlar” mövzusunda müzakirələr aparılıb
25/11/2019

“StartupFest 2019” çərçivəsində “Gələcək üçün bacarıqlar” mövzusunda panel sessiya təşkil olunub.

Bu panel Azərbaycanın yeni innovasiya ekosisteminin formalaşmasında təhsil müəssisələrinin rolunu əhatə edib. İştirakçılar tərəfindən ölkənin innovativ inkişafında təhsil və araşdırma fəaliyyətinin rolu, yeni bilik və bacarıqların formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Panel ərzində “Təhsil innovasiyanın əsas aləti kimi”, “Universitetlər innovativ inkişafın əsas katalizatoru rolunda”, “İnnovativ inkişaf və universitetlərin təsiri arasında mütənasiblik” mövzuları ətrafında müzakirələr edilib.

Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev, Avropa Startap Şəbəkəsinin layihə meneceri Adele Yaroulina, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Silicon Valley Technology Consulting Group”un təsisçi Teymur Sadıqov, “Mars Academy”nin icraçı direktoru Elnarə Nəbiyeva çıxış ediblər.

Sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Şəbnəm Məmmədova olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

media-title
Caspian European Club-ın üzvləri "İnnovasiyalar Mərkəzi"ndə olub
22/11/2019

Biznes-tur çərçivəsində “Caspian European Club”un üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olublar.

Şirkətlərə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat təqdim olunub, həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdimatı keçirilib. Biznes-tur çərçivəsində şirkətlər “ASAN xidmət” Çağrı Mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə də tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib.  Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

media-title
“StartupFest 2019” çərçivəsində “DevOpsDays” tədbiri keçirilir
22/11/2019

“StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə olaraq “DevOpsDays” keçirilir.

ADA Universitetində reallaşdırılan tədbirdə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov,  ADA Universitetinin dekanı Araz Yusubov çıxış ediblər.

Tədbir “devops” sahəsi ilə bağlı mövzuları əhatə edib və paralel sessiyalardan ibarət olub. Həmçinin Azərbaycan, ABŞ, Türkiyə, Niderland, Şri-Lankadan olan spikerlər müxtəlif təqdimatlar ediblər.

2009-cu ildən start götürən “DevOpsDays” proqram təminatının inkişafı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmə mövzularını əhatə edən dünya miqyasında bir sıra texniki konfranslardır. Hər bir tədbir yerli könüllülər tərəfindən idarə olunur.

İlk dəfə Belçikanın Gent şəhərində təşkil olunan “DevOpsDays” tədbiri il ərzində 100-dən çox şəhərdə həyata keçirilir.

26 noyabra qədər davam edəcək “StartupFest”ə “Product Hunt Meetup”, “Startup Grind Ganja”, “Fun Baku”, “DevOpsDays Baku”, “Techstars Startup Weekend Baku Fintech”, “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirləri daxildir.

“Startup Weekend Baku Fintech” tədbirinə start verilib
22/11/2019

“StartupFest” çərçivəsində keçirilən və 54 saat davam edəcək “Startup Weekend Baku Fintech” tədbirinə start verilib. Tədbir “Bank Respublika” ASC-nin İT İnnovasiyalar üzrə şöbə müdiri Rəşad Əliyevin çıxışı ilə başlayıb. O, iştirakçılara maliyyə texnologiyalarının qurulmasından danışıb.

“Startup Weekend Baku Fintech” tədbiri iştirakçılara öz ideyalarını həyata keçirmək şansı verəcək. Qaliblər İstanbulda keçiriləcək “Startup Turkey” tədbirinə bilet, “Bank Respublika” ASC və “Topla.az”dan pul mükafatları əldə edəcəklər.

Qeyd edək ki, “Startap Weekend” 54 saat davam edən həftə sonu tədbiridir. Bu müddətdə biznes menecerləri, startap həvəskarları, marketinq qrupları, qrafik sənətçiləri və startapçılar arasında müxtəlif mövzularda fikir mübadiləsi aparılır, bu fikirlər ətrafında komandalar yaradılır və işləyən bir prototip hazırlanır və bazar günü axşam hazırlanmış prototipin təqdimatı həyata keçirilir.

media-title
“StartupFest 2019″a start verilib
21/11/2019

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “StartupFest 2019”  beynəlxalq festivalına start verilib.

Festival işinə “İnnoTalk” tədbiri ilə başlayıb. İnnovasiya mövzusuna həsr olunan tədbirin spikerləri “Yeni Fikir” layihəsinin rəhbəri İsa Qasımov “Startapların əsas mexanizmləri”  və “Keepface” startapının həmtəsisçisi Elşad Yusifli “Texnologiyanın inkişaf sürəti” mövzusunda çıxış ediblər.

26 noyabra qədər davam edəcək “StartupFest” çərçivəsində “Product Hunt Meetup”, “Startup Grind Ganja”, “Fun Baku”, “DevOpsDays Baku”, “Techstars Startup Weekend Baku Fintech”, “World E-Commerce Eurasia 2019 Baku Forum”  tədbirləri reallaşdırılacaq.

Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
13/11/2019

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

“StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.

Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Ətraflı: https://startapfest.az/

logo
[email protected]+994 12 444 74 33
Akademik Həsən Əliyev 36 küç, Bakı 1078, Azərbaycan
Azərbaycan dili
Azərbaycan diliRussianEnglish
© Innovations Center 2016 -